BolgeXeber.Com » Bölgə » Zərdabda məmur özbaşınalığı - ŞİKAYƏT VAR

Zərdabda məmur özbaşınalığı - ŞİKAYƏT VAR

22-12-2016, 12:45
Oxunub: 4 962 Zərdabda məmur özbaşınalığı - ŞİKAYƏT VARİndi bu idarələrin işçiləri,müəllimlər nə etsinlər?

Zərdab rayonundan ictimai fəal Coşqun Abdullayev RegionXəbərləri.com vasitəsi ilə rayonun icra başçısı Lütvəli Babayevə müraciət ünvanlayır

Əminik ki, icra başçısı həmin müraciətin önəmini nəzərə alıb tədbir görəcək. Coşqun Abdullayevin müraciətini olduğu kimi dərc edirik;
“Zərdab rayonunun əksər idarə,təşkilat və müssələrinin yerləşdiyi üçmərtəbəli inzibati binanın qarşısında kı, bankomat bir neçə gün qabaq çıxarılıb və “Kapital” Bank ASC-nin Zərdab filialının müdiri Əli İskəndərovun yaxın dostu Sahib Eyvazovun oğlu Oktay Eyvazovun şəxsi ticarət obyektinin içərisinə yerləşdirib. Nə üçün, hansıı əsasla ? Orda yerləşən mərkəzi xəstəxananın işçiləri bildiyim qədər maaşlarını “Kapital” bankdan deyil “Beynəlxalq” bankdan alırlar. Bu özbaşınalığın adı nədir ? Şəhərin əksər idarə, təşkilat və müəssisələri bankomatın əvvəlki yerinə yaxın yerləşirdi, o cümlədən Mədəniyyət və Turizm idarəsi, 1 saylı tam orta məktəb-litseyi və sair.

İndi bu idarələrin işçiləri,müəllimlər nə etsinlər? Oktay Eyvazovun büdcəsi o bankomatdan müəyyən məbləğdə pul hesabına artacaq deyə, bu qədər insan şəhərin bu başından o başınamı getməlidir ???
Niyə insanlara bu qədər əziyyət verilir? Bankomat şəxsi mülkdir ki, kim hara istəsə, aparıb ora qoya bilər? Qoyulubsa da səlahiyyətli şəxs zəhmət çəksin, başqa bir bankomatı da gətirib yenidən üçmərtəbənin qarşısına qoysun.
Şəhər iki hissəyə bölünüb sanki, mən başa düşə bilmirəm,bu qədər insanı heç nə sayırlar? Hansı əsasla? Əgər orada idarə,təşkilat,müəssisə yoxdursa niyə axı bankomat ora yerləşdirilməlidir? Nə vaxtdan çoxluq azlığa tabe olub?
Cənab Lütvəli Babayev xəbəriniz yoxdursa Zərdab rayonunun işçi qüvvəsi adından nəzərinizə çatdırıram xəbəriniz olsun: Dərhal bu məsələni idarə işçilərinin xeyrinə,ədalətlə həll edin! İnsanların əsəbləri ilə oynamasınlar, onları zəhmətə salmasınlar! Bu boyda özbaşınalıq olmaz!
Dərhal bu məsələni həll edin! Həll edin ki,insanlar da etiraz etməsinlər! İnsanları razı salmaq, onların işlərini asanlaşdırmaq, onların problemlərini həll etmək siz məmurlara prezident cənab İlham Əliyevin əmridir. Paylaşın dostlar paylaşın ki, bu özbaşınalığa son qoyulsun.”
Bolgexeber.com
Zərdabda məmur özbaşınalığı - ŞİKAYƏT VAR
Zərdabda məmur özbaşınalığı - ŞİKAYƏT VAR