BolgeXeber.Com » Bölgə » Qar İsmayıllıda yolları bağladı, hərəkət dayandı - VİDEO

Qar İsmayıllıda yolları bağladı, hərəkət dayandı - VİDEO

27-12-2016, 09:24
Oxunub: 3 917 Qar İsmayıllıda yolları bağladı, hərəkət dayandı - VİDEO Qarın yenidən yağması magistral yollarda çətinliklərə səbəb olub. Gecə saatlarında İsmayıllı-Muğanlı yolu bağlanıb

Havanın dumanlı olması vəziyyəti bir az da gərginləşdirib.

Gecə saatlarında İsmayıllı rayonuna 20 sm, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 sm hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb.

Ağırtonnajlı yük maşınları, sərnişindaşıyan mikroavtobuslar və mövsümə hazır olmayan avtomobillərin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq rayon 7 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Yollar qardan təmizlənir və nəqliyyatın hərəkəti bərpa olunub. Bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb.

(ARB )