BolgeXeber.Com » Media » “Azərbaycan” Nəşriyyatı redaksiyalar üçün icarə haqlarını artırdı

“Azərbaycan” Nəşriyyatı redaksiyalar üçün icarə haqlarını artırdı

28-12-2016, 13:09
Oxunub: 3 443 “Azərbaycan” Nəşriyyatı redaksiyalar üçün icarə haqlarını artırdı“Azərbaycan” Nəşriyyatının binasında yerləşən redaksiyalar və digər təşkilatlar üçün nəzərdə tutulmuş icarə haqları artırılıb

Bolgexeber.com “Report”-a istinadən xəbər verir ki, Nəşriyyat bununla bağlı elan yayıb.

Elanın mətnində qeyd olunub ki, son vaxtlar respublikada enerji daşıyıcılarının qiymətlərinin kəskin artması səbəbindən “Azərbaycan” Nəşriyyatı redaksiya və digər təşkilatlarla bağlanmış kommunal xərclərin ödənilməsi haqqında müqavilə qiymətlərinə dəyişiklik etmək məcburiyyətindədir.

Bununla əlaqədar gələn ilin yanvar ayının 1-dən etibarən kommunal xərclərə görə müqavilə qiymətləri 36 faiz artırılacaq.

Gələn il üçün kommunal və istehsal üzrə müqavilələr Nəşriyyatın iqtisadiyyat şöbəsində təqdim olunur.

Nəşriyyatın rəhbərliyi həmin tarixdən etibarən kommunal xərclərini yeni qiymətlərlə ödənilməsini xahiş edir. 2017-ci il üçün müqavilələr bağlanana qədər debitor borclarının ödənilməsi vacibdir.
“Azərbaycan” Nəşriyyatı redaksiyalar üçün icarə haqlarını artırdı