BolgeXeber.Com » Bölgə » Cəlilabadda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

Cəlilabadda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

29-12-2016, 10:15
Oxunub: 5 051 Cəlilabadda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilibŞaxta babanın və Qar qızının çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirdi

Bolgexeber.com xəbər verir ki,28 dekabr 2016-ci il tarixdə Cəlilabad rayonu “Tut bağı” istirahət mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə keçirilən ümumrayon tədbirində rayon icra hakimiyyətinin başçısı cənab Əziz Əzizov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şənlik iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik etdi, 2016-cı ilin xalqımız, o cümlədən Cəlilabad üçün uğurlu olduğunu söylədi, yeni ildə ictimai-siyasi, iqtisadi-mədəni həyatımızın bütün sahələrində daha böyük müvəffəqiyyətlərin qazanılmasını arzuladı.İcra başçısı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söhbət açdı.Əziz Əzizov Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətindən danışdı, respublikamızın çiçəklənən diyara çevrilməsini fərəhlə qeyd etdi, bütün bölgələrdə olduğu kimi, Cəlilabadda da həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən bəhs etdi, 2016-cı ildə qazanılan uğurların daha da inkişaf etdiriləcəyini, yeni proqram və layihələrin yerinə yetiriləcəyini, əminliklə vurğuladı.Sonra Əziz Əzizov rayonumuzun, ictimai-siyasi həyatında, fərqlənən şəxslərə RİH-nin Fəxri fərmanlarını təqdim etdi.Cəlilabad incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirdi.Şaxta babanın və Qar qızının çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirdi. Tədbir geniş bayram konserti ilə davam etmişdir.
Cəlilabadda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
Cəlilabadda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib