BolgeXeber.Com » İdman » Ramazanovdan "Neftçi" rəsmisinə ağır sözlər: "Dalları çöldə qalıb"

Ramazanovdan "Neftçi" rəsmisinə ağır sözlər: "Dalları çöldə qalıb"

7-01-2017, 14:11
Oxunub: 3 396 Ramazanovdan "Neftçi" rəsmisinə ağır sözlər: "Dalları çöldə qalıb"Ağabala Ramazanovun qardaşı və meneceri Zaur Ramazanov maraqlı açıqlaması ilə gündəmə gəlib

Veteran futbolçu "Futbol"+ qəzetinə açıqlamasında "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadənin Ağabala haqda səsləndirdiyi ittihamlara cavab verib.

"Neftçi" və "Qarabağ"dan mənimlə əlaqə saxladılar. Qardaşımla söhbət etdim. Ağabala "Qarabağ"da oynamaq istədiyini dedi. Qardaşım nə edib ki, "Neftçi"nin icraçı-direktoru Orxan Hüseynzade belə açıqlama verib? Yaxşı olardı ki, orxankimilər ağzının qatığını dağıtmayaydı. Ağabala "Neftçi"də olanda Orxan kim idi? Mən o adda adam tanımıram. Sözü varsa, mənə zəng vurub deyəydi. Bu gün balaca uşaqdan da soruşsan, "Qarabağ"da oynamaq istədiyini deyər. "Neftçi"nin uduzmadığı komanda yoxdu. Onların düşərgəsində nələr yaşandığını hamı yaxşı bilir. Bəlkə də Orxan və yanındakılar kimlərəsə özlərini mələk kimi göstərə bilərlər. Ancaq unutmasınlar ki, dəvəquşu kimi başlarını torpağın altına soxsalar da, dalları çöldədi. Ayıblarına kor olsunlar, komandanı bu günə qoyanlar kiminsə xaraktərindən danışmasınlar".

Qeyd edək ki, "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadə Ağabalanın son anda "Qarabağ"a keçidini şərh edərkən, "Ağabala bizim təklifimizi qəbul etmişdi. Son anda bizə demədən "Qarabağ"a getdi. Digər tərəfdən biz buna şadıq ki, Ramazanov "Qarabağ"ı seçib. Belə xarakterə sahib futbolçu "Neftçi"yə lazım deyil" demişdi.