BolgeXeber.Com » Xəbərlər » Kolbasa və sosiskanın gətirdiyi ziyanlar

Kolbasa və sosiskanın gətirdiyi ziyanlar

18-01-2017, 10:13
Oxunub: 1 950 Kolbasa və sosiskanın gətirdiyi ziyanlarGün ərzində 50 qr. kolbasa və ya sosiska yemək ürək xəstəliklərinə düçar olma riskini 42% və diabet xəstəliyi riskini isə 19% artırar

Bolgexeber.com deyerler.org-a istinadən bildirir ki, müasir dövrdə kolbasa və sosiskaya olan təlabat artmışdır. Son illərdə bu təlabat daha da nigaranedicidir. Onların tərkibində olan nitrat, xərçəng xəstəliyinin yaranmasında təsirli olan mühüm maddə sayılır. Bu maddə bədəni zəhərləyər və bir yerdə toplaşma xasiyyətinə malik olduğu üçün çox ziyanvericidir.

Kolbasa o qidalardan sayılır ki, gec həzm olunar və bədənə proteinin cəzb olunması az olar. Bəzi kolbasalar tüstüyə verildiyi üçün kalsiumun cəzb olunmasına mane olar və sümük cürüməsinə yol açar.

Kolbasanın tərkibində çoxlu yağ vardır. Ona görə də bu qida məhsulunu çox yemək təhlükəlidir.