BolgeXeber.Com » Bölgə » Bərdədə “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi masa-FOTO

Bərdədə “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi masa-FOTO

2-02-2017, 19:14
Oxunub: 3 927 Bərdədə “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi masa-FOTO“İslam Həmrəyliyi İli” çərçivəsində artıq paytaxtda və bölgələrdə mütəmadi olaraq tədbirlər keçirilərək düzgün istiqamətdə addımlar atılır

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar tarixli Sərəncamı ilə 2017-ci il ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi təkcə müsəlman aləmi üçün deyil, bütün dünya üçün tarixi əhəmiyyət daşıyır. Nəzərə çatdırmaq yerinə düşər ki, Azərbaycan həmişə olduğu kimi bu dəfə də diqqət mərkəzində olmağı bacaracaqdır.
İslamın düşmənləri əsirlər boyu müsəlmanlar arasında nifaq salmağa, müxtəlif cərəyanların nümayəndələrini bir-birinə qarşı mübarizəyə qaldırmağa, ümmət içində nifrət toxumları səpməyə cəhd etmişdilər. Bu düşmənçilik hərəkətləri günümüzdə daha da vüsət almışdır. Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycan islam aləmində hal-hazırda ən firəvan və azad yaşayan ölkədir. Biz bu azad və müstəqil ölkəmizlə qürur duyuruq.
“İslam Həmrəyliyi İli” çərçivəsində artıq paytaxtda və bölgələrdə mütəmadi olaraq tədbirlər keçirilərək düzgün istiqamətdə addımlar atılır. Bu tədbirlərdən biri 01.02.2017-ci il tarixdə Bərdə Turizm İnformasiya mərkəzinin təşkilatçılığı ilə keçirilən “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi masa oldu. Təşkil olunan dəyirmi masada Turizm İnformasiya mərkəzi, Bərdə rayon MKS, Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyi və digər müəssisələrin əməkdaşları iştirak edirdi. Geniş olaraq diskursiya şəklində təşkil olunmuş tədbirdə çıxışlar edilərək qarşıda duran məsələlər və planlar müzakirə olundu.
Tədbiri ilk öncə çıxış sözü ilə açan Turizm İnformasiya mərkəzinin mütəxəssisi Əhliyyət Əliyev dəyirmi masa iştirakçılarını salamladı. Daha sonra çıxışında qarşıda duran işlərdən söz açan Əhliyyət Əliyev bu il ölkəmizdə keçiriləcək “İslam Həmrəyliyi Oyunları”-ndan iştirakçılara geniş məlumatlar çatırdı. O həmçinin onu da qeyd etdi ki, keçiriləcək oyunlar ölkəmizin turizm potensialına çox müsbət təsirini göstərəcək. Sonda Əhliyyət Əliyev “İslam Həmrəyliyi Oyunları” ərəfəsində Bərdə Turizm İnformasiya mərkəzinin hazırladığı turist marşrutu planını təqdim etdi.
Bundan başqa tədbirdə çıxış edən Bərdə rayon MKS-in direktoru Havva Mirzəyeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 yanvar tarixli Sərəncamını tədbir iştirakçılarına çatdırdı. O qeyd etdi ki, : - “2016-cı il Multikulturalizm ilinin davamı olan “İslam Həmrəyliyi ili” möhtərəm rəhbərimiz prezident İlham Əliyevin islam dininə verdiyi ən böyük tövhələrdən biridir və Azərbaycanın islam ölkələri arasında nüfuzunu dahada artıracaqdır”.

Daha sonra söz Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Səbuhi Qasımova verildi. O da öz növbəsində vurğuladı ki,:-“Son illərdə İslam dünyasında baş verən müharibələr,qarşıdurmalar minlərlə insanın həlak olması, milyonlarala insanların qaçqın düşməsi Dünya ölkələri arasında birmənalı qarşılanmır. Təbii sərvətləri ilə zəngin olan islam ölkələri zamanla müharibələrə məruz qalıb, baş verən terrorlar nətiçəsində öz gözəlliyi ilə məhşur olan şəhərləri yerlə yeksan olunub. Bütün bunlar onu göstərir ki, müsəlman dünyası özünün ən çətin dövrünü yaşayır, Azərbaycan Respublikası isə hər zaman olduğu kimi sabitlik içərisindədir. Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin uzaq görən siyasəti nətiçəsində bu gün xalqımız firavan yaşayır, ölkəmiz günü gündən çiçəklənir və iqtisadiyyatımızın davamlı inkişafı dünya ölkələri içərisinədə nüfuzumuzun artmasına səbəb olur”.

Son dərəcə maraqlı müzakirələr aparılan dəyirmi masa geniş şəkildə diskursiya ilə başa çatı.
Biz inanırıq ki,2017-ci il İslam Həmrəyliyi ili Azərbaycan xalqına böyük uğurlar gətirəcək və sabitliyimizi qoruyaraq bütün din nümayəndələri ilə həmrəy yaşayacağıq.
Bolgexeber.com
Bərdədə “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi masa-FOTO
Bərdədə “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi masa-FOTO
Bərdədə “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi masa-FOTO
Bərdədə “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi masa-FOTO
Bərdədə “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi masa-FOTO
Bərdədə “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi masa-FOTO