BolgeXeber.Com » Siyasət » "Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq"

"Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq"

10-02-2017, 17:16
Oxunub: 3 107 "Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq""Türkiyə tam olaraq Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini və siyasi vahidliyini tanıyır"

"Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq".

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Pavel Klimkinlə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə tam olaraq Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini və siyasi vahidliyini tanıyır: “Son 25 ildə olduğu kimi, bizim məqsədimiz birgə layihələr və strateji tərəfdaşlıq yolu ilə ölkələrimizi bir-birinə yaxınlaşdırmaqdır. Bu baxımdan hər iki ölkənin stabilliyi və təhlükəsizliyi son dərəcə önəmlidir”.

Türkiyəli nazir bildirib ki, 2016-cı ildə Türkiyəyə gedən ukraynalı turistlərin sayında 50 faiz artım qeydə alınıb və Türkiyə 1 milyon 50 min ukraynalı turist qəbul edib.

P. Klimkin isə iki ölkə vətəndaşlarının daxili sənədlərlə qarşılıqlı səfərlərinə dair razılıq əldə olunduğunu açıqlayıb: "Bizdə vizasız rejim var. Lakin gələcəkdə Ukrayna və Türkiyə vətəndaşları bizim ölkələrimizi daxili pasportlarla ziyarət edə biləcək".