BolgeXeber.Com » Analitika » "Qanunlar "ölü" olanda korrupsiya çiçəkləməyə başlayır"

"Qanunlar "ölü" olanda korrupsiya çiçəkləməyə başlayır"

10-02-2017, 17:47
Oxunub: 4 340 "Qanunlar "ölü" olanda korrupsiya çiçəkləməyə başlayır"Qanunları "ölü" normalar qəbristanına çevirməyin

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsəsələri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov millət vəkillərinə xitabən bildirib.

Ekspert qeyd edib ki, bir neçə gün əvvəl "Avtomobil nəqliyyatı haqqında" Qanunda bir dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, bundan sonra yük avtomobillərinin sürücüləri də yalnız xüsusi hazırlıq keçdikdən sonra yük avtomobili sürə bilərlər:
"Qanunlar "ölü" olanda korrupsiya çiçəkləməyə başlayır"

"Əslində özünə hörmət edən yük daşıma şirkətləri və çoxlu sayda yük avtomobili olan qurumlar sadəcə vəsiqəsi olanlara avtomobil vermirlər və onların təlimini təşkil edib, daha sonra sürücü kimi işlədirlər. İndiyə qədər yalnız avtobus və taksi sürücüləri üçün belə hazırlıq məcburi idi. Amma obyektiv araşdırma aparsaq, görərik ki, "BakuBus"dan başqa heç bir qurumun sürücüsü bu hazırlığı real olaraq keçmir. Belə olan halda yük avtomobili sürücülərini də bu işə "cəlb" etmək kimə lazımdır? Əgər norma real icra edilmirsə, onu niyə qəbul edirik?"

Ə.Hüseynovun fikrincə, qanunlar işlək olmadıqda ondan korrupsiya mənbəyi kimi istifadə olunur: "Belə layihələri hazırlayanlara və onları Milli Məclisdə qəbul edənlərə demək istərdim ki, qanunları "ölü" normalar qəbristanına çevirməyin. Çünki bəzi "dəfinə" axtaranlar həmin qəbristanlıqda eşələnəndə korrupsiya çiçəklənməyə başlayır. Hansısa normanın qəbulundan əvvəl onun çox aydın iqtisadi, sosial, maliyyə, təşkilati və s. əsaslandırması olmalıdır".