BolgeXeber.Com » Dünya » KİV: İraqda İŞİD lideri ağır yaralanıb

KİV: İraqda İŞİD lideri ağır yaralanıb

13-02-2017, 09:33
Oxunub: 2 678 KİV: İraqda İŞİD lideri ağır yaralanıbİŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi ağır yaralanıb

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Alsumaria” və “Alhurra” telekanalları məlumat verib.

Məlumata əsasən, Əl-Bağdadi İraqın qərbində endirilən hava zərbəsi nəticəsində yaralanıb. Onun müalicə üçün Suriya ərazisinə aparıldığı bildirilir.

Əvvəllər Əbu Bəkr Əl-Bağdadinin yaralanması və yaxud ölümü ilə əlaqədar dəfələrlə məlumatlar yayılıb. Lakin onların heç biri təsdiqini tapmayıb.