BolgeXeber.Com » Dünya » Türkmənistan prezidenti seçildi

Türkmənistan prezidenti seçildi

13-02-2017, 10:29
Oxunub: 2 405 Türkmənistan prezidenti seçildiQurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib

Bolgexeber.com azvision.az-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, seçkidə iştirak edən seçicilərin 97,69 faizi ona səs verib. Qeyd edək ki, fevralın 12-də Türkmənistanda prezident seçkiləri keçirilib. Ölkə üzrə 2578 seçki məntəqəsində səsvermə prosesi baş tutub. 39 məntəqə isə Türkmənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. Seçkilərdə seçici fəallığı 97.27 faiz olub.

59 yaşlı Qurbanqulu Berdiməhəmmədov 2007-ci ildən Türkmənistana rəhbərlik edir.