BolgeXeber.Com » Bölgə » Lerikdə qar uçqunu olub: Yollar bağlanıb

Lerikdə qar uçqunu olub: Yollar bağlanıb

14-02-2017, 12:47
Oxunub: 3 625 Lerikdə qar uçqunu olub: Yollar bağlanıbYolboyu qarın qalınlığı 80-85 santimetrdir. Hazırda mənfi 8 dərəcə şaxta müşahidə olunur

Lerik rayonunda qar uçqunu olub, yollar bağlanıb.

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, Zuvand yolunda baş verən uçqun nəticəsində qar kütləsi yola tökülüb və dağ kəndləri ilə nəqliyyat əlaqəsi, demək olar ki, yoxdur. Rayonda ən az mərkəzə qar yağıb ki, burada qarın qalınlığı 50 santimetrdir.

Qar örtüyünün qalınlığı Cəngəmiran və Blabənd kəndlərində 75 santimetr, digər kəndlərdə isə 1 metrdən yuxarıdır.

Lerik rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, rayonda texnika kifayət qədər olmadığından yolları açmaq mümkünsüzdür: “Əsas qüvvə, 43 saylı Yol İstismar İdarəsinin iki qreyderi və bir qartəmizləyən maşını Lənkəran-Lerik yolunun açıq qalmasına yönəldilib. Texnikaların köməyi ilə kənd yolları qismən təmizlənib. Lakin on gündür aramsız yağan qar təbii ki, problemsiz ötüşmür. Kiçik fasilələr nəzərə alınmasa, elektrik enerjisinin verilişi ilə bağlı problem yoxdur”.

Qeyd edək ki, yolboyu qarın qalınlığı 80-85 santimetrdir. Hazırda mənfi 8 dərəcə şaxta müşahidə olunur.