BolgeXeber.Com » Bölgə » Hacıqabulda hesabat yığıncağı keçirildi-FOTO

Hacıqabulda hesabat yığıncağı keçirildi-FOTO

15-02-2017, 17:50
Oxunub: 3 424 Hacıqabulda hesabat yığıncağı keçirildi-FOTOÖtən ilin yekunları builki uğurlarımızın başlanğıcıdır

Fevralın 14-də Hacıqabul rayonunun 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev, Milli Məclisin deputatı Rəfael Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı idarə, müəssisə, təşkilat rəhbərləri və əmək kollektivləri, şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri, sahibkarlar və ziyalılar iştirak edirdi.
Tədbirdən öncə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov , qonaqlar və bir qrup rayon fəalları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzdülər.
Sonra iştirakçılar rayon Mədəniyyət evinin foyesində təşkil olunmuş rayonda istehsal iolunan yerli sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış oldular.

Yığıncaq öz işini rayon Mədəniyyət Evinin akt zalında davam etdirdi

RİH Başçısı Əhməd Muxtarov yığıncağı acaraq hesabat məruzəsi ilə çıxış etdi, il ərzində görülən işlər və qarşıda duran vəzifələr nəzərə çatdırıldı.
( Məruzə geniş şəkildə “Hacıqabul” qəzetinin 06 fevral 2017-ci il tarixli sayında dərc olunmuşdur.)
RİH Başçısı çıxışında ilk növbədə diqqəti yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına, iclasda dövlət başçısının nitqindən irəli gələn fikir və müddəalara cəlb etdi. Qeyd etdi ki, iclasda giriş nitqi ilə çıxış edən dövlətimizin başçısı 2016-cı ildə dünyada, regionda və ölkəmizdə cərəyan edən hadisələrdən, xüsusi ilə neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhrandan, iqtisadi və hərbi sahələrdə yaranmış vəziyyət barədə danışmışdır. “Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir” deyən dövlət başçısı ötən il qarşıda duran bütün vəzifələrin icra edildiyini bildirmişdir. Ötən ilin ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayan möhtərəm Prezidentimiz qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını qeyd edib. Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumdaxili məhsul azalsa da qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunmuşdur. Ötən il ölkəmizə 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu bildirən dövlət başçımız vurğulayıb ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna nail olunubdur
Ötən ildə də Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı dövlətimizin mövqeyi dəyişməz qalmışdır. 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunun möhtərəm Prezidentimiz əks hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini bildirmişdir.
2016-cı ildə xalqımızın iradəsini əks etdirən referendum yüksək səviyyədə baş tutmuş, “Multikulturalizm ili” elan olunmuş, ötən ildə bir sıra beynəlxalq tədbirlər keçirilmişdir.
Bolgexeber.com
Hacıqabulda hesabat yığıncağı keçirildi-FOTO
Hacıqabulda hesabat yığıncağı keçirildi-FOTO
Hacıqabulda hesabat yığıncağı keçirildi-FOTO
Hacıqabulda hesabat yığıncağı keçirildi-FOTO