BolgeXeber.Com » İdman » "Arsenal" darmadağın oldu, "Real Madrid" qələbə qazandı-VİDEO

"Arsenal" darmadağın oldu, "Real Madrid" qələbə qazandı-VİDEO

16-02-2017, 11:01
Oxunub: 3 028 "Arsenal" darmadağın oldu, "Real Madrid" qələbə qazandı-VİDEOÇempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

"Bayern Munich" doğma meydanda "Arsenal" ilə qarşılaşıb. Oyuna ev sahibi komandası fəal başlayıb. Oyunun 11-ci dəqiqəsində A. Robben fərqlənib - 1:0. Daha sonra oyunun 30-cu dəqiqəsində "Arsenal"-ın oyunçusu Aleksis Snçez hesabı bərabərləşdirib - 1:1. İlk hissə 1:1 hesabı ilə başa çatıb.

İkinci hissəyədə ev sahibləri fəal başlayaraq 53-cü dəqiqədə Levandovskinin qolu ilə önə keçiblər - 2:1. Oyunun 56-cı dəqiqəsində ev sahibinin oyunçusu Tiaqo Alkantara komandasının 3-cü qolunu vurub - 3:1. Cəmi 7 dəqiqə sonra 63-cü dəqiqədə Tiaqo Alkantara dubl edib - 4:1. Oyunun 88-ci dəqiqəsində Tomas Müller komandasının 5-ci qolunu vurub - 5:1.

Beləliklə oyun 5:1 hesabı ilə başa çatıb.

Digər matç isə İspaniyada baş tutub. Yerli "Real Madrid" İtaliyanın "Napoli" klubunu qəbul edib.

Oyuna qonaqlar fəal başlayaraq 8-ci dəqiqədə İnsinyanın qolu ilə önə keçiblər - 0:1. Lakin qonaqların sevinci uzun sürməyib, 19-cu dəqiqədə Benzemanın qolu ilə hesab bərabərləşib - 1:1. İlk hissə 1:1 hesabı ilə başa çatıb.

İkinci hissəyə ev sahibləri fəal başlayaraq 49-cu dəqiqədə Toni Krosun qolu ilə önə keçiblər - 2:1. Oyunun 54-cü dəqiqəsində ev sahibinin oyunçusu Kazemiro fərqlənərək komandasının 3-cü qolunu vurub - 3:1.

Beləliklə oyun 3:1 hesabı ilə başa çatıb.