Günün qoroskopu: çətin məsələlərin həllində təmkinli davranın
18-02-2017, 10:49
Oxunub: 2 575
Xərçəng - ünsiyyət, mühüm məsələlərin müzakirəsi, səylərin birləşdirilməsi üçün önəmli vaxtdır
Qoç - Çətin məsələlərin həllində təmkinli davranın. Peşəkar həyatda və şəxsi münasibətlərdə dəyişikliklər ola bilər.
Buğa - qəfil, amma xoş yeniliklər istisna deyil. İşlər çoxdur və axşama yaxın ciddi yorğunluq hissi yaranacaq. Orqanizminizi sınağa çəkməyin.
Əkizlər - ağır fiziki iş, yağlı yemək və səhhət üçün zərərli təamlardan imtina edin. Axşam saatlarında səhhətinizə fikir verin.
Xərçəng - ünsiyyət, mühüm məsələlərin müzakirəsi, səylərin birləşdirilməsi üçün önəmli vaxtdır. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın, onların hisslərini anlamağa çalışın.
Şir - yaxşı tanımadığınız insanların sizə qarşı yönələ biləcək planlarının reallaşması üçün münbit zəmin hazırlamayın. Ailə tədbirləri üçün əlverişli vaxtdır.
Qız - çətin qərarlar qəbul etməyə, başqalarına görə məsuliyyəti öz üzərinizə götürməyə hazır olun. Qətiyyətli, inadkar və əzmkar olun.
Tərəzi - yaxın ətrafınızdakı insanlara təsir edə biləcək təmkin və soyuqqanlılıqla irəliləyin. Nüfuzlu insanlarda xoş təəssürat yaradın. İşgüzar münasibətlərə dəyişikliklər etmək, yeni məqamları müəyyənləşdirmək olar.
Əqrəb - ofisdə və evdə yeniliklər üçün xeyirli gündür. Evdə kiçik təmirə başlamaq olar. Tamamilə fərqli, yeni sahədə qüvvənizi sınayın. Yeni gəlir mənbələri yarana bilər.
Oxatan - vaxt taparaq son vaxtların ən mühüm olaylarını təhlil edin. Gözlənilməz nəticələr hasil ola bilər.
Oğlaq - rutin, eyni işlər usandıra bilər. Yeni və qeyri-adi nə isə arayırsınız. Orijinal layihəyə və ya işə başlamaq olar.
Dolça - rahatlıq və sakitlik axtarışında olsanız da, günün ilk yarısı intensiv çalışmağı tələb edir. Əks cinsin mənsubu ilə rahatlıqla dil tapacaqsınız. Köməyə ehtiyacı olan insana real dəstək verin.
Balıqlar - yeni işə, sifarişin yerinə yetirilməsinə, layihəyə başlaya bilərsiniz. Kiçik səfərlər uğurlu, uzun səyahət isə uğursuz olacaq. Alış-veriş üçün düşərli gündür.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər