BolgeXeber.Com » Xəbərlər » Heydər Əsədov da yol üstündədir... - İDDİA

Heydər Əsədov da yol üstündədir... - İDDİA

18-02-2017, 12:06
Oxunub: 2 300 Heydər Əsədov da yol üstündədir... - İDDİAKənd Təsərrüfatı Nazirliyi Nəqliyyat Nazirliyinin analoji aqibətini yaşaya bilər. Aqrar sektora cavabdeh olan nazirliyin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi nəzərdə tutulur


KTN-də təhvil-təslim, çemodan ab-havası hökm sürür. Nazir Heydər Əsədov da keçmiş həmkarı və qudasının ardınca gedir.

Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın artıq Azərbaycanda hiss olunması hökuməti dövlət xərclərini azaltmağa və ixtisarlara məcbur edir.

Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat Nazirliyinə verilməsi gözlənilir. Bu qərarın iki quda nazirin “vurulması” kimi qiymətləndirmək olmaz. Sadəcə, hökumət struktur islahatlarının icrasına başlayıb.

Bir neçə gün əvvəl də Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirmişdi ki, prezident tapşırıqlarının icrası başlanıb.

O baxımdan nazirlik və komitələrin ləğvi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin ləğvi və onun səlahiyyətlərinin başqa nazirliklər arasında bölüşdürülməsi xeyli müddətdir hakimiyyət çevrələrində müzakirə edilir.

Arqument bu idi ki, kənd təsərrüfatı müəssisələrinin mütləq əksəriyyəti özəlləşdirildiyi halda, aqrar sektorun idarə edilməsi üçün ayrıca bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur, nazirliyin ən vacib funksiyaları başqa nazirliklərə verilməklə bu qurumu ləğv etmək daha effektlidir.

İlkin layihədə fermerlərin subsidiyalaşmasının İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Baytarlıq Xidmətinin isə Səhiyyə Nazirliyinin, ərzaq təhlükəsizliyi ilə bağlı funksiyaların isə Fövqəladə Hallar Nazirliyinə keçəcəyi nəzərdə tutulurdu. Ancaq sonda nazirliyin bütövlükdə İN-in tərkibinə qatılması qərara alınıb.

İddialı nazirliklərin bölgüdən kənarda qalması siyasi rəhbərliyin İ.N başçısı Şahin Mustafayevə daha çox etimad göstərməsi ilə bağlı bir məsələdir. İntriqalardan uzaq olan, oliqarxlaşmamış Şahin Mustafayev indi siyasi rəhbərliyin daha çox etimadını qazanır.

Siyasi və biznes ambisiyaları olmayan İN başçısına yüksək etimad da buradan qaynaqlanır. Ona görə Kənd Təsərrüfatı Nazirliyinin bütövlükdə İN-in idarəetməsinə verilməsi qərara alınıb. Bundan sonra KTN-in funksiyalarını İN-in Kənd Təsərrüfatı Departamenti həyata keçirəcək.

Prezident İlham Əliyev növbəti inqilabi və xalqın, sahibkarların ürəyincə olan islahata gedir. Dövlət başçısı iş adamlarını narahat edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yerli idarələrini də ləğv etməyə hazırlaşır.

Obyekt sahibləri, iş adamları idarə əməkdaşlarının özlərini vergi müfəttişi, prokurorluq əməkdaşı kimi apardığını, sanki istintaq hərəkətləri edən müstəntiq kimi davrandığını deyirlər.

Onların sözlərinə görə, baytarlıq şöbəsinin əsassız yoxlamalarından və qanunsuz tələblərindən boğaza yığılıblar. \\regionxeberleri.com\\