BolgeXeber.Com » Ölkə » Sakinlər: "O biri tumlar "Beloçka"nın yerini vermir"

Sakinlər: "O biri tumlar "Beloçka"nın yerini vermir"

18-02-2017, 15:54
Oxunub: 4 938 Sakinlər: "O biri tumlar "Beloçka"nın yerini vermir""Mən həmişə çalışıram ki, evə tum alanda "Beloçka" alım, o biri tumları heç bəyənmirəm, dadsız olurlar."

Son günlər bəzi saytlarda "Ayan" MMC-nin məhsulu olan "Beloçka" tumları haqqında mənfi xarakterli materiallar yayımlanırdı. İllərdir hər birimizin evində qonaq olan bu tumlar haqqında qısa araşdırma apardıq.
"Ayan" MMC Azərbaycanda qida məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olur. İllərlə günəbaxan tumları brendləri arasında xeyli rəqabət olsa da, "Beloçka" bu yarışlara qatılmadan qalib olmağı bacarıb. Çünki hər zaman öz keyfiyyətinə görə bazardakı digər tumlardan fərqlənib. Hələ də "Beloçka" zirvədəki yerini qorumağa davam edir. Bu tumlardan nə qədər insan uduş qazanıb və qazanmağa davam edir.

Sakinlərin də fikrini öyrənmək üçün şəhərdə kiçik bir sorğu keçirdik. Bir neçə mənfi fikir nəzərə alınmasa, şəhər sakinləri də "Beloçka"dan razıdır.
"O biri tumlardan alırsan, ya yaxşı bişirmirlər, ya da çox yandırırlar." "Bu dəqiqə neçə cürə tum var dükanlarda, amma heç biri "Beloçka"nın yerini vermir. Onun dadı bir başqadı." "Mən həmişə çalışıram ki, evə tum alanda "Beloçka" alım, o biri tumları heç bəyənmirəm, dadsız olurlar." - kimi fikirlər sorğu zamanı ən çox rast gəldiyimiz fikirlərdən oldu.
Bolgexeber.com