BolgeXeber.Com » Media » ATV telekanalının yayımı dayanıb

ATV telekanalının yayımı dayanıb

6-03-2017, 19:05
Oxunub: 3 189 ATV telekanalının yayımı dayanıb“Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb

APA-nın xəbərinə görə, telekanalın yayımı bir neçə dəqiqə əvvəl dayanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov APA-ya faktı təsdiqləyərək bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır.

“Əgər problem bizim tərəfimizdən olsaydı, yerdə qalan digər telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bizə siqnalı daxil olmur. Siqnal bizə daxil olmalıdır ki, biz onu həm rəqəmsala, həm peykə verə bilək. Digər telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu məsələyə aydınlıq gətirsin”, - deyə baş direktor qeyd edib.