BolgeXeber.Com » Siyasət » Venesuelanın XİN rəhbəri Peru prezidentini qorxaq və sevimli köpək adlandırıb

Venesuelanın XİN rəhbəri Peru prezidentini qorxaq və sevimli köpək adlandırıb

7-03-2017, 11:26
Oxunub: 3 110 Venesuelanın XİN rəhbəri Peru prezidentini qorxaq və sevimli köpək adlandırıbVenesuelanın xarici işlər naziri Delsi Rodriges Peru prezidenti Pedro Pablo Kuçinskini qorxaq və köpək adlandırıb

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Peru prezidenti ABŞ-a səfəri zamanı Latın Amerikasını ABŞ-a problem yaratmayan yaraşıqlı itə bənzədib.

“Cənab Kuçinski, siz qorxaq və Amerika imperializminə xidmət edən yeganə xoşagələn köpəksiniz”, – deyə D. Rodriges söyləyib.

D. Rodrigesin sözləri rəsmi Limanın kəsin reaksiya və etirazına səbəb olub. Peru XİN Karakasdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb və prezidentin ünvanına bu kimi ifadələrin işlədilməsini qəbuledilməz adlandırıb.
Venesuelanın XİN rəhbəri Peru prezidentini qorxaq və sevimli köpək adlandırıb