BolgeXeber.Com » Müsahibə-Reportaj » Birinci qrup Qarabağ əlili olan repçidən İLGİNC AÇIQLAMALAR — "Telekanallar efirə çıxmağım üçün məndən pul istəyirlər"

Birinci qrup Qarabağ əlili olan repçidən İLGİNC AÇIQLAMALAR — "Telekanallar efirə çıxmağım üçün məndən pul istəyirlər"

9-03-2017, 13:11
Oxunub: 3 470 Birinci qrup Qarabağ əlili olan repçidən İLGİNC AÇIQLAMALAR — "Telekanallar efirə çıxmağım üçün məndən pul istəyirlər"Bir az maddi imkanım olsa, o boşluğu dolduraram

Tanınmış repçi, birinci qrup əlil Bəhlul Tufan "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Bəhlul bəy, necəsiniz?

- Şükür, salamatçılıqdır.

- Sizi repçi kimi tanıyırdıq. Deyəsən artıq mahnı da oxuyursunuz.

- Bəli.

- Yəqin ki, toylara görə.

- Düzdür, toylara getmək üçün mahnı da oxuyuram. Ancaq hələ ki toya dəvət edən yoxdur.

- Bəs rep oxuyanda toylara gedirdiniz?

- Yox. Düşünürəm ki, replə bir şey edə bilmədik, görək mahnıyla nə olur?

- Amma replə yadda qaldınız.

- Bəli, repçi kimi tanıyırlar.

- Toylara da getmirsiniz. Necə dolanırsınız?

- Pis-yaxşı dolanırıq. Birinci qrup Qarabağ əliliyəm, dövlət təqaüd verir.

- Son zamanlar efirdə az-az görünürsünüz.

- Efirlər pul istəyirlər. Ona görə də çıxa bilmirəm.

- Birinci qrup Qarabağ əlilisiniz...

- Bəli, 2002-ci ildə Ağcabədi tərəfdə, Haramı düzündə yaralanmışam.

- Efirə görə sizdən nə qədər pul istəyirlər?

- Doğrusu, özümə deməyiblər, bəlkə də utanırlar. Amma görürəm ki, yubadırlar. Amma ən azı 200-300 istəyirlər də. Mən də 400 manat təqaüd alıram.

- Deyəsən, idmançı olmusunuz.

- Səkkiz yaşımdan idmanın içindəyəm. Karateylə, kikboksinqlə məşğul olmuşam. Belə olandan sonra paralimpiyaçı idmançı oldum, ağırlıqqaldırma üzrə respublika çempionu oldum. Artıq bir ildir ki, idmana son qoymuşam.

- Səbəb?

- Öz gücümə edə biləcəyimi etdim. Amma ardını gətirmək üçün vitaminizasiya lazımdır. Ona da dəstək verən olmadı.

- Sənət adamlarıyla kimlərlə ünsiyyətdəsiniz?

- Tanınmışlardan heç kimlə ünsiyyətim yoxdur. Təkcə rəhmətlik Hüseyn Dərya ilə aram yaxşı olub.

- Olurmu ki, hansısa məclisdə görüb saymazlıq etsinlər?

- Qarşıma elə bir insan çıxmayıb. Olubsa da onu salım yerə, çıxartmayım da (gülür). Şou əhli efir naminə, ətrafdakıların gözünə girmək üçün yalançı sözlər verirlər. Amma elə orada da qalır.

- Təxəllüsünüz Tufan, oxuduğunuz mahnı "Üsyan"...

- Gəlib keçdiyimiz yerdə bəlli olmalıdır ki, buradan Bəhlul, buradan Tufan keçdi.

- Azərbaycan repində böyük bir boşluq var.

- Hüseyn Dərya rəhmətlik həqiqətən əjdaha idi. Bir az maddi imkanım olsa, o boşluğu dolduraram.