BolgeXeber.Com » Dünya » Əziz Nesinin oğlunun saxlanılması haqda qərar verildi

Əziz Nesinin oğlunun saxlanılması haqda qərar verildi

22-03-2017, 13:19
Oxunub: 3 536 Əziz Nesinin oğlunun saxlanılması haqda qərar verildiTürkiyədə məhkəmə qərarı ilə bağlanan “Azad Gündəm” qəzetinə bir günlük dəstək olan Əhməd Nesinin saxlanılması haqda qərar verilib

Buna səbəb Ə.Nesinin məhkəmə proseslərinə qatılmaması olub. Bağlanan qəzetə dəstək verdiyi üçün Ə.Nesin terror təbliğatı aparmaqda ittiham olunub və onun barəsində məhkəmə iddiası qaldırılıb.

Əziz Nesinin oğlu olan Əhməd Nesin məhkəmə prosesinin bu gün keçirilən üçüncü iclasında da iştirak etməyib. Bu vaxta kimi o ittiham olunduğu məsələ ilə bağlı ifadə verməyib. Qərara əsasən, Əhməd Nesin saxlanılaraq ifadəsi alınacaq, sonra isə sərbəst buraxılacaq.(Qafqazinfo)