BolgeXeber.Com » Dünya » Londonda baş vermiş teraktda 4 nəfər həlak olub, 20 nəfər yaralanıb-FOTO,VİDEO

Londonda baş vermiş teraktda 4 nəfər həlak olub, 20 nəfər yaralanıb-FOTO,VİDEO

23-03-2017, 09:08
Oxunub: 2 916 Londonda baş vermiş teraktda 4 nəfər həlak olub, 20 nəfər yaralanıb-FOTO,VİDEOLondonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Bu barədə məlumatı BBC yayıb.

Ölənlərdən biri polis əməkdaşıdır. Hadisə nəticəsində azı 20 nəfər yaralanıb. Bundan əvvəl 2 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilirdi.

Xatırladaq ki, bu gün naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və daha sonra parlament binasına yaxınlaşaraq polis nəfərini bıçaqlayıb. O, digər polislər tərəfindən atəş açılaraq zərərsizləşdirilib.

21:19

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Bundan əvvəl 1 qadının öldüyü bildirilirdi.

Bu gün Londonun Vestminster körpüsündə və Böyük Britaniya parlamentinin yaxınlığında iki silahlı insident baş verib.

London polisi baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

21:02

Londonda törədilən terror aktı nəticəsində qadın ölüb.

“Press Association” agentliyinin verdiyi məlumata görə, yaralanan bir neçə nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bu gün Londonda parlament binası yaxınlığında atışma olub.

London baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

20:11

Bu gün Londonda parlament binası yaxınlığında atışma olub.

Bu barədə BBC News agentliyi məlumat yayıb.

Ən azı 12 nəfərin yaralandığı bildirilir. Parlament binasına gələn yollar, yaxınlıqdakı metro stansiyası bağlanıb.

Məlumata görə, Vestminster köprüsündə atəş açan London polisi tərəfindən öldürülüb.