Xalq artistindən ağır ittiham: - "Axı bu seriala uşaqlar da baxır..."
24-03-2017, 16:15
Oxunub: 3 157
Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova Azərbaycanda çəkilən serialları tənqid edib
Bolgexeber.com xəbər verir ki, yeniçağ.az-a açıqlama verən aktrisa yerli ekran əsərlərində əksər süjetlərin Türkiyə seriallarından oğurlandığını iddia edib:
“Mən adətən əcnəbi və Türkiyə kanallarına baxıram, arada öz kanallarımıza çevirirəm. Yerli seriallara baxıram, çünki aktrisa olaraq mənə çəkdiklərimiz maraqlıdır. Görürəm, hətta musiqi, qəhrəmanların istifadə etdikləri sözlər belə türk seriallarından oğurlanıb. “Kara sevda”da eşitmişəm o musiqini. Seriallarda sünilik çoxdur. ATV-də nümayiş olunan “Günəşim ol” serialı var. Kənd həyatından bəhs edir, amma baxırsan ki, kasıb adam villada lüks həyat yaşayır. Yenə biznesmen olsaydı, inandırıcı olardı.
Digər tərəfdən ən dəhşətlisi budur ki, bizim serialların əksəriyyətində vurmaq-öldürmək təbliğ olunur. Axı bu seriala uşaqlar da baxır, onlar pis örnək götürür. Qəhrəmanlar üstündə silah gəzdirir, küçədə qabağına çıxanı qətlə yetirir. Biz axı xeyirxah xalqıq, bu seriala baxan nə düşünər? Buna görə də seriallar üçün səviyyəli ssenarilər yazılmalıdır. Uşaq-muşaq gəlib serial üçün ssenari yazanda, nəticə də belə olacaq. Rövşən İsaxın çəkdiyi serialların ssenarisi barədə bir söz deyə bilmərəm, amma peşəkarcasına çəkilib”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə