“Bild” nәşri: “AFFA Renat Dadaşova 1 milyon dollar vә ev verib”
25-03-2017, 14:44
Oxunub: 3 267
Almaniyanın məşhur “Bild” nəşri millimizi seçən Renat Dadaşovla bağlı şok iddia irəli sürüb
Bolgexeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmkarlarımız daha əvvəl Almaniyanın gənclərdən ibarət millisində oynayan futbolçunun Azərbaycan millisini seçməsinin təfərrüatlarını yazıb.
Mənbə bildirilir ki, gənc hücumçu böyük pullar qarşılığında millimizdə oynamağa razılıq verib: “Renat Dadaşov kimi futbolçunun Azərbaycan millisini seçməsi qəribədir. O, 17 yaşlı istedadlı futbolçudur, Almaniyada daha parlaq karyerası ola bilərdi. Çünki o, Almaniyanın 17 yaşlılardan ibarət millisində uğurlu çıxış edirdi, özünü yaxşı tərəfdən göstərmişdi. Onun Azərbaycan millisini seçməsində pul böyük rol oynayıb. O, 1 milyon dollar və ev qarşılığında Azərbaycan millisini seçib. “Leyptsiq”da ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib”.
Qeyd edək ki, Renatın DÇ-2018-in seçmə mərhələsində sabah baş tutacaq Azərbaycan – Almaniya oyununda millimizin heyətində debüt edəcəyi gözlənilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər