BolgeXeber.Com » Siyasət » Ukrayna Rusiyanın “Eurovision-2017”-də iştirakının şərtini - Açıqladı

Ukrayna Rusiyanın “Eurovision-2017”-də iştirakının şərtini - Açıqladı

26-03-2017, 10:42
Oxunub: 3 250 Ukrayna Rusiyanın “Eurovision-2017”-də iştirakının şərtini - AçıqladıRəsmi Kiyev bəyan edib ki, Rusiyanın "Eurovision-2017” mahnı müsabiqəsinə təmsilçisini o halda qəbul etməyə hazırdır ki, hazırkı təmsilçi Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş nazirinin müavini Vyaçeslav Kirilenko "Ukrayna radio”sunun efirində deyib.

Vyaçeslav Kirilenko, Moskvanın bu şərti qəbul edəcəyinə ümid etdiyini bildirib. Kirilenko müsabiqə ətrafında yaranan vəziyyəti Rusiya tərəfindən törədilən təxribat adlandırıb.

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı "Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.