Gürcüstan XİN Lavrovun Abxaziyaya səfərinə sərt reaksiya verib
18-04-2017, 13:59
Oxunub: 3 369
Gürcüstan Rusiyanı təxribat hərəkətlərə son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb
APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun Abxaziyaya səfəri ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“Gürcüstanın dövlət sərhədinin pozulması və Suxumidə diplomatik nümayəndəliyin yeni binasının qanunsuz açılışı ilə müşayiət olunan səfər beynəlxalq hüququn fundamental normaları əsasında Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipini kobud şəkildə pozur”, - deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, bu cür hərəkətlər rəsmi Moskvanın Gürcüstana qarşı təxribatçı siyasətin davamıdır və suveren dövlətin sərhədlərinin zor yolu ilə dəyişdirilməsi məqsədi güdür: "Bu kimi addımlarla Rusiya nəticəsiz olaraq işğalçı rejimlərə legitimlik vermək istəyir. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən 12 avqust 2008-ci ildə imzalanmış atəşkəs razılaşmasına dair öhdəliyi yerinə yetirməyə çağırır".
Qeyd edək ki, səfər çərçivəsində S. Lavrov qondarma rejimin lideri Raul Xajimba, "parlament"in sədri Valeri Kvarçiya, "xarici işlər naziri" Daur Kove ilə görüşlər keçirəcək.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə