BolgeXeber.Com » Sosial » "Azəriqaz"dan vətəndaşlara müəmmalı xəbərdarlıq - "Bundandamı pul çıxarmaq istəyirlər?"

"Azəriqaz"dan vətəndaşlara müəmmalı xəbərdarlıq - "Bundandamı pul çıxarmaq istəyirlər?"

18-04-2017, 15:04
Oxunub: 3 554 "Azəriqaz"dan vətəndaşlara müəmmalı xəbərdarlıq - "Bundandamı pul çıxarmaq istəyirlər?"Müşahidələr isə belə deməyə əsas yaradır ki, "Azəriqaz"ın möhtərəm rəhbərliyi "yeni icadı" ilə yeni qazanc yeri əldə etmək fikrinə düşüb

Redaksiyamıza müraciət edən vətəndaşlar "Azəriqaz"dan müəmmalı xəbərdarlıq aldıqlarını söyləyirlər.

DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu bildirişi hamıya paylayıblar. Bunlar nə düşünürlər? Milləti dolayıblar? "Azəriqaz" rəhbərliyində savadı çatan varmı görəsən?

Təbii qaz alırıqsa, "smart-kart"ımız varsa, deməli, müqaviləmiz də var. Hansı müqavilə bağlanmasından söhbət gedir? Bundandamı pul çıxarmaq istəyirlər? Niyə camaatda əlavə narazılıq yaradırlar?"
"Azəriqaz"dan vətəndaşlara müəmmalı xəbərdarlıq - "Bundandamı pul çıxarmaq istəyirlər?"

Əhaliyə "Azəriqaz" adından aşağıdakı formada xəbərdarlıqlar paylanıb.

Onu da qeyd edək ki, cəhdlərimizə baxmayaraq "Azəriqaz"dan kimsə bizimlə bu barədə danışmaq istəmədi. Müşahidələr isə belə deməyə əsas yaradır ki, "Azəriqaz"ın möhtərəm rəhbərliyi "yeni icadı" ilə yeni qazanc yeri əldə etmək fikrinə düşüb.

Yenə də qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan edirik. Mövzu diqqətimizdədir.