BolgeXeber.Com » Media » Jurnalistlərin işinə mane olanların cəriməsi artırılır

Jurnalistlərin işinə mane olanların cəriməsi artırılır

19-04-2017, 19:35
Oxunub: 2 914 Jurnalistlərin işinə mane olanların cəriməsi artırılırAzərbaycanda jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır

Bolgexeber.com verir ki, hazırda Cinayət Məcəlləsinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etməyə görə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Dəyişikliklə cərimənin miqdarının 500 manatdan 1000 manatadək artırılması təklif edilir.

Dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.