BolgeXeber.Com » Dünya » Qız qaçırmağa köməklik edən ata canlı yayımda tutuldu - Video

Qız qaçırmağa köməklik edən ata canlı yayımda tutuldu - Video

21-04-2017, 09:41
Oxunub: 3 377 Qız qaçırmağa köməklik edən ata canlı yayımda tutuldu - VideoAparıcı Müge Anlının "Tatlı sert" proqramında maraqlı anlar yaşanıb

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Yılmaz Aslan adlı şəxsin oğlu nişanlısı ilə bərabər qaçıb. Lakin qaçan qızın ailəsi "qızımız qaçırıldı" deyə, polisə şikayət edib. Qızın 18 yaşı olmadığı üçün onlar bunu "cinayət" adlandırıblar. Qızın isə 3 gündən sonra 18 yaşı tamam olacaqmış.

Yusuf Aslan adlı oğlan həbs olunsa da, atası Müge Anlının proqramına çıxaraq səhv hərəkət etmədiyini deyib:

"Qızın atası şikayətçi olmasın deyə, 10 min lirə istədi, verdim. Şikayətini geri çəkdi, lakin məhkəmə işi götürdüyü üçün davam etməli oldu. Məhkəmə davam etdi, oğlum və bacım həbs olundu. Mən nə edə bilərdim? Oğlum və gəlinim evimə gəlib, küçəyə ataydım? Mən də ata olaraq qəbul etdim. Qarşı tərəf də qəbul etmişdi. Cəzam nədirsə, çəkərəm".

Polislər studiyaya gələrək qız qaçırılma hadisəsinə kömək etdiyi üçün Yılmaz Aslanı polis bölməsinə aparıblar.

Kız Kaçırma Davasından Aranan Şahıs, Müge Anlı... by haberler