BolgeXeber.Com » Dünya » Türkiyənin məşhur “Hürriyet” qəzeti satılır – Aydın Doğan qaçmağa hazırlaşır?

Türkiyənin məşhur “Hürriyet” qəzeti satılır – Aydın Doğan qaçmağa hazırlaşır?

21-04-2017, 11:59
Oxunub: 2 593 Türkiyənin məşhur “Hürriyet” qəzeti satılır – Aydın Doğan qaçmağa hazırlaşır?Türkiyədə Aydın Doğanın “Hürriyet” qəzetini qətərli iş adamlarına satmağa hazırlaşdığı, satışın razılıq mərhələsində olduğu iddia olunur

Avropa.info xəbər verir ki, bu iddia ilə Aydın Doğanın qaçmağa hazırlaşdığı haqda sualı gündəmə gətirib.
Əldə olunan məlumata görə Aydın Doğanın “Hürriyet” qəzeti üçün qətərli iş adamları ilə razılıq əldə etdiyi və satış müqaviləsini imzalamağa hazırlaşdığı iddia olunur.
Mətbuatda yayılan xəbərlərə görə qısa müddət əvvəl Vuslat Doğan Sabancı “Hürriyet”in idarə heyətinin sədri vəzifəsindən istefa vermişdi.
O günlərdə bu istefanın səbəbləri ilə bağlı çox şey yazılmışdı. Ancaq Doğan Sabancının istefa qərarının “Hürriyet” qəzetinin satış məsələsində son addımın atıldığı ilə bağlı olduğu da həmin iddialar arasında yer aldı.
“Hürriyet” qəzeti üçün bir müddətdir Aydın Doğanın qətərli iş adamları ilə görüşdüyü bildirilir. Qətərli iş adamlarının “Hürriyet”lə birgə qrupun digər qəzetlərini və jurnal qrupunu da alacağı iddia edilir. Çünki ötən günlərdə Vuslat Doğan Sabancının istefası kimi “Hürriyet” jurnal qrupuna rəhbərlik edən Mehmet Yaqub Yılmaz da vəzifəsindən istefa etmişdi.
Ancaq qətərli qrupun yalnız media qolu ilə deyil daha böyük sərmayələrlə maraqlandığı də iddia olunur. Qrupun “Hürriyet”dən başqa Pegasus Hava Yollarıu və Atatürk hava limanını da almaq istədikləri də iddialar arasında yer alır.
“Hürriyet”in isə iddia ilə bağlı verdiyi açıqlama belədir.
“Son günlərdə “Hürriyet” qəzetinin satılacağı, hətta bir alıcı ilə danışıqlar aparıldığı şəklində yayılan xəbərlər məqsədli və tamamilə həqiqəti əks etdirmir. Doğan Ailəsi mediadakı varlığını qorumağa və inkişaf etdirməyə böyük əhəmiyyət verməkdə və ölkəmizin ehtiyacı olan müstəqil və obyektiv mətbuatı davam etdirməyə qərarlıdır.”