BolgeXeber.Com » Siyasət » Rusiya 2-3 saata müharibəyə başlaya bilər - Turçinovdan ŞOK PROQNOZ

Rusiya 2-3 saata müharibəyə başlaya bilər - Turçinovdan ŞOK PROQNOZ

21-04-2017, 14:48
Oxunub: 2 941 Rusiya 2-3 saata müharibəyə başlaya bilər -  Turçinovdan ŞOK PROQNOZUkrayna dövlət sərhədinə yaxın yerləşdirilmiş Rusiya hərbi bölmələri 2-3 saat ərzində Ukrayna ərazisinə soxula bilər

Bu haqda ölkənin Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov bildirib. "Kreml tammiqyaslı müharibəyə hazırlaşmağa davam edir. Bu, yalnız Ukraynanı deyil, həm də Mərkəzi və Şərqi Avropanın başqa dövlətləri üçün təhlükə təşkil edir”, - o deyib.
Turçinovun sözlərinə görə, Ukrayna sərhədi boyu yerləşdirilən Rusiya gücləri 50 minə qədər hərbçidən ibarətdir. Bundan başqa, Turçinov bildirib ki, Rusiya hərbi komandanlığı Krımda olan qoşunu daimi döyüş hazırlığı vəziyyətində saxlayır./publika.az