Uşağı tez-tez qucaqlamağın VACİB FAYDASI - Mütləq oxuyun!
22-04-2017, 11:42
Oxunub: 2 671
İnsanlar bu dünyada hər şeydən çox öz övladlarını sevir və onların həyatında yalnız yaxşı hadisələrin baş verməsini istəyir
Ancaq nədənsə çoxları elə düşünür ki, uşaqları tez-tez qucağa almaq yaxşı hal deyil. Batil inanclara görə, bununla uşaq daha ərköyün olur, loru dildə desək, korlanır. Maraqlıdır ki, buna indiyə qədər çoxları inanır və əməl edir.
Unikal.org bildirir ki, tədqiqatlar sübut edib ki, uşağı qucaqlamaq onun inkişafı və həyati üçün çox vacibdir.
Bunun bağlı Ohayo ştatında ümummilli uşaq xəstəxanasında araşdırma aparılıb. Alimlər 125 körpənin reaksiyasını öyrəndikdən sonra belə qənaətə gəlib ki, qucaqlaşma körpənin beynində xüsusi hissi formalaşdırır. O, sosial və emosional əlaqələrin qurulması, həmçinin sinir sisteminin vaxtında inkişafı üçün lazımdır. Çünki körpənin inkişaf etməmiş görmə sistemi səsdən və təmasdan çox asılıdır.
Tədqiqatçılar yeni doğulan körpələrin bu əlaqəyə münasibətini öyrənmək üçün onların beyninin reaksiyasını qiymətləndirib. Körpə valideynlərilə nə qədər çox təmasda olubsa, bir o qədər güclü reaksiya verib.
Tədqiqatçı həkimlərdən biri Nataliya Maytrenin sözlərinə görə, anaların uşaqların dərisinə toxunması onun beyninin inkişafı üçün çox vacibdir: "Valideynlərin yeni doğulan körpənin inkişafı üçün edə biləcəyi ən bəsit və faydalı şey onun zərif dərisinə toxunmasıdır".
Araşdırmanın nəticələri "Biology Current" jurnalında dərc olunub. (publika.az)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər