BolgeXeber.Com » Bölgə » "Xəmsə" Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının zona mərhələsi keçirilib - Tərtərdə

"Xəmsə" Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının zona mərhələsi keçirilib - Tərtərdə

24-04-2017, 12:20
Oxunub: 3 668 "Xəmsə" Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının zona mərhələsi keçirilib - TərtərdəAprelin 22-də Tərtər Rayon Uşaq-Gənclər Şahmat Məktəbində "Xəmsə" Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının zona mərhələsi keçirilib

Yarışın açılışında çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Emin Pənahov "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın icrası istiqamətində rayonda görülmüş işlərdən və həyata keçirilən tədbirlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Bolgexeber.com
xəbər verir ki, zona birinciliyində Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarının və Xankəndi şəhərinin ümumilikdə, 16 komandası iştirak edib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Cəbrayıl rayonunun "Lələtəpə" komandası ümumilikdə, 5700 xalla I yeri, Füzuli rayonunun "Ərgünəş" komandası isə 2700 xalla II yeri tutaraq Balakəndə keçiriləcək final mərhələsinə vəsiqə əldə ediblər.