BolgeXeber.Com » Media » İTV-nin aparıcısı Mədəniyyət televiziyasını oğurluqda ittiham etdi

İTV-nin aparıcısı Mədəniyyət televiziyasını oğurluqda ittiham etdi

24-04-2017, 15:33
Oxunub: 3 438 İTV-nin aparıcısı Mədəniyyət televiziyasını oğurluqda ittiham etdiİTV-də "Bir mahnının tarixçəsi" verilişinin müəllifi və aparıcısı olan Könül Arifqızı "Mədəniyyət Televiziyası"nı oğurluqda ittiham edib

Bolgexeber.com axşam.az-a istinadən bildirir ki, aparıcı bu barədə sosial şəbəkədə yazıb: "Mədəniyyət kanalında konsert gedir. Hər mahnıdan öncə qısa tarixçələr təqdim olunur. Aparıcıların təqdim etdiyi bu tarixçələri "Bir mahnının tarixçəsi"ndən götürən, hətta cümlə və sitatları olduğu kimi təkrarlayan Mədəniyyət kanalına təşəkkür edirəm. Çox gülməli vəziyyətdir". O, belə hallarla mübarizənin mümkünsüzlüyünü bildirib: "Bizdə hələ ki cəzalandırmaq məsələsində mexanizm işləmir. Hər şey çox ibtidai və effektsiz şəkildədir. Cəzalandırılmaq qorxusu olmadığı üçün buna davam edirlər. Bu, ilk dəfə deyil. Hətta Naxçıvan televiziyasında eyniadlı veriliş açıblar. Adı da oğurlayıblar. Ayıbdır".