BolgeXeber.Com » Şou-Biznes » Müğənni Damla Rusiyadan deportasiya olunub? - AÇIQLAMA

Müğənni Damla Rusiyadan deportasiya olunub? - AÇIQLAMA

24-04-2017, 16:28
Oxunub: 6 120 Müğənni Damla Rusiyadan deportasiya olunub? - AÇIQLAMAMüğənni Damla kimi tanınan Məmmədova Məsumə Qərib qızı Rusiyadan deportasiya edilib

Bu haqda "Ölkə.Az" saytı məlumat yayıb. Saytın yazdığına görə, sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub. Bildirilir ki, Damla bir neçə məclisdən aldığı behi məcburən geri qaytarıb.

AZXEBER.COM məsələylə bağlı müğənni Damla ilə əlaqə saxlayıb.

Müğənninin meneceri Şəhriyar faktı təsdiqləyib və deyib ki, buna səbəb müğənninin Rusiya ərazisinə 1 il ərzində limitdən çox girib-çıxmağı olub: "Damla Rusiyaya tez-tez getdiyi üçün, onun giriş-çıxışına "stop" qoyulmuşdu. Ancaq artıq 1 aydır ki, bu "stop" aradan qaldırılıb və rahat şəkildə Rusiyaya gedib, gələ bilirik. Çox getməyə səbəb isə oradakı el şənlikləridir."