BolgeXeber.Com » Dünya » Hollandiyada azərbaycanlılar arasında dava düşüb, Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlanıb

Hollandiyada azərbaycanlılar arasında dava düşüb, Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlanıb

24-04-2017, 16:30
Oxunub: 2 461 Hollandiyada azərbaycanlılar arasında dava düşüb, Surət Hüseynovun keçmiş cangüdəni bıçaqlanıbNiderland Krallığında azərbaycanlılar arasında dava düşüb

"Report"un məlumatına görə, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.
Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə qospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.
Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.