BolgeXeber.Com » Dünya » Günün qoroskopu: Əzmkarlığınızı artırın

Günün qoroskopu: Əzmkarlığınızı artırın

25-04-2017, 09:36
Oxunub: 2 717 Günün qoroskopu: Əzmkarlığınızı artırınƏKİZLƏR - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın

QOÇ - Məqsədlərinizi həyata keçirməkdə bəzi maneələrlə üzləşsəniz də, günün ümumi mənzərəsi istəyinizə uyğun tərzdə canlanacaq. Büdcənizdə artım da mümkündür, amma səhhətinizi qorumalısınız.

BUĞA - Perspektivlərinizi reallaşdırmaq istiqamətində tənbəllik edirsiniz. Belə ki, sizə lazım olan bütün gedişləri bildiyiniz halda fəaliyyət göstərmirsiniz. Əzmkarlığınızı artırın.

ƏKİZLƏR - Müntəzəm surətdə təmasda olduğunuz adamların obyektiv rəyləri ilə hesablaşmağa çalışın. Məsləhət almaq ayıb iş deyil. Qazanmaq üçün çoxsaylı şanslarınız da mümkündür.

XƏRÇƏNG - Səhər saatlarında qeyri-ciddi adamların xoşagəlməz rəftarı ilə üzləşə bilərsiniz. Çalışın ki, belə amillər ovqatınızı korlamasın. Nahardan sonra qonaq getməyə dəyər.

ŞİR - Bu təqvimdə bəxtinizə fəaliyyət və yeni əlaqələr üçün ən uğurlu məqamlar düşəcək. Odur ki, mövcud potensialınızdan maksimum bəhrələnin. Müqəddəs yerləri ziyarət etmək yaxşı olardı.

QIZ - Günün ümumi mənzərəsi gərgin olsa da, bunun qarşısını ala bilərsiniz. İlk növbədə səbr nümayiş etdirin. Günün ikinci yarısında isə yalnız istirahət və gəzintilərə meyl edin.

TƏRƏZİ - İxtiyarınıza elə bir gün verilib ki, yalnız öz gücünüzə güvənməlisiniz. Kənar müdaxilə və məsləhətlər o qədər də önəmli deyil. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.

ƏQRƏB - Başınızdakı yeni ideyaları reallaşdırmağı bacarsanız, uğurlarınız daha da yaxınlaşacaq. Yeganə narahatçılığınız səhhətlə bağlı ola bilər. Büdcənizi boş məsrəflərə xərcləməyin.

OXATAN - Çoxdan bəri donub qalmış planlarınızı dirçəltmək üçün bəzi şəxslərə müraciət etməyiniz böyük səmərə verə bilər. Saat 15-dən sonra iştirak etdiyiniz bütün görüşlər xeyrinizədir.

OĞLAQ - Maraqlı görüşlər yolunuzu gözləyir. Güman ki, sizi böhranlı vəziyyətdən çıxara bilən insanlarla qarşılaşacaqsınız. Amma belə məqamlarda təmkinli olun ki, sonda gülə biləsiniz.

SUTÖKƏN - İşgüzar və riskli sövdələşmələrdə iştirakınızı təxirə salmağa çalışın. Çünki ixtiyarınızda olan bu təqvim deyilən məsələlər üçün önəmli deyil. Gün ərzində dostlarınızla bir yerdə olun.

BALIQLAR - Şəxsi işlərinizdə böyük dönüş gözlənilir. Bu dəyişkən ərəfədə görəcəyiniz işləri reallığa yaxınlaşdırmaq üçün müttəfiqlərinizlə əlaqələri dərinləşdirməlisiniz.