BolgeXeber.Com » Dünya » BMT: 20 milyon nəfər aclıqdan ölə bilər

BMT: 20 milyon nəfər aclıqdan ölə bilər

25-04-2017, 14:46
Oxunub: 4 576 BMT: 20 milyon nəfər aclıqdan ölə biləratına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qrasianu da Silva qurumun Romada keçirilən sessiyasında bəyan edib.

O qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət təcili tədbirlər görməsə, 20 milyon insan aclıqdan ölə bilər:

“Aclıq təkcə insanları öldürmür, sosial qeyri-sabitliyə də gətirib çıxarır”.

Baş direktor əlavə edib ki, Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün təcili tədbirlər görmək zəruridir.