BolgeXeber.Com » İqtisadiyyat » Deputat Yevda Abramov: “Oyun oynayırlar, xalqı fırladırlar”

Deputat Yevda Abramov: “Oyun oynayırlar, xalqı fırladırlar”

25-04-2017, 18:06
Oxunub: 3 320 Deputat Yevda Abramov: “Oyun oynayırlar, xalqı fırladırlar”Deputatlar valyutadəyişmə məntəqələri ilə bağlı qanun layihəsinə kəskin etirazlar

Vahid Əhmədov: “Bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir”

“Valyuta tənzimi haqqında” qanuna dəyişiklik də ciddi etirazlar doğurdu. Deputat Qüdrət Həsənquliyev valyutadəyişmə məntəqələri işlətmək istəyənlərdən lisenziya tələbi ərəfəsində onların qarşısına digər tələblər qoyulmasını düzgün saymadı: “Əgər lizenziya verilməyəcəksə, niyə kiminləsə müqavilə bağlayıb ödəniş etməlidir? Deməli, dədə-baba qaydası ilə araşdırmalıdır ki, mənə icazə verirsinizsə, valyutadəyişmə məntəqəsi açıram, ya da insanlar artıq əziyyət çəkəcək. Əgər həqiqətən də bu məntəqələri açırıqsa, onda gərək vətəndaşlar bu hüquqdan istifadə edə bilsinlər”. Deputat girov saxlama tələbini də düzgün saymadı: “Valyutadəyişmədə hansı öhdəlik yaranır ki, şəxs lisenziyanın mövcud olduğu dövrdə depozit saxlamaq tələbi ilə üz-üzə qoyulur?”

Deputat Elmira Axundova dedi ki, bu məntəqələrin açılışı xarici turistlər üçün də əhəmiyyətlidir, onlar özləri ilə gətirdiyi valyutanı manata çevirə bilmirlər: “Çünki qeyri-iş günləri çətinliklərlə üzləşirlər”. Deputat deyib ki, valyutadəyişmə məntəqəsi açan şəxs ən azı ali maliyyə ixtisasına malik olmalıdır.

Deputat Vahid Əhmədov da ciddi arqumentlər səsləndirərərk bildirdi ki, valyutadəyişmə məntəqələrinin bərpası üçün heç bir bir qanuna da ehtiyac yox idi, çünki qanun var: “Burada ən ciddi və narahatedici məsələ girov məsələsi ilə bağıdır. Əvvəlki layihədə 50 min dollar girov tələbi var idi, o çıxdı, indi məblığ göstəriməyib. Sabah o girovun məblıği 50 min, ya 100 min ola bilər. Sual yaranır, bu girov nədən ötrüdür? Girov qoymaqda məqsəd nədən ibarətdir? İkinci də girov yuxarı icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Kiminlə razılaşdırılmalıdır? Girova ehtiyac yox idi, mən bununla razılaşmıram”.

Prezident tərəfindən strateji yol xəritəsinin imzalandığını xatırladan V.Əhmədov bildirdi ki, bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir: “Bizim qəbul etdiyimiz qanun layihələr Azərbaycan istisadiyyatına problemlər yaradır. Ola bilər cənab prezidentə düzgün məlumat verilmir. Mənim pulum niyə depozitdə saxlanılmalıdır, mən fiziki şəxsəmsə? Dünən bizə qanun layihəsini təqdim etdilər, əgər bu qanun qəbul olunsa, Vergiər Nazirliyi ilə Palata arasında çox ciddi toqquşma yaranacaq. Ona görə də mən bu qanunların qəbulu ilə əlaqədar olaraq çox narahatam. Oqtay müəllim, xahiş edirəm, cənab prezidentlə danışın, bu məsələləri müzakirə etmək üçün müəyyən bir şura yaradılsın. Yoxsa kitabı götürüb qanun hazırlamaqla iş bitmir. Artıq dərəcədə xahiş edirəm, bu qanunları tez-tez qəbul etməklə iş bitmir!”

Spiker Oqtay Əsədov dedi ki, depozit yüksək rəqəmlərlə qəbul olunmuşdu: “Biz danışdıq, məblıği dəyişdik. Dünyanın bütün ölkələrində depozit tələb olunur. 5-10 minlik depozitin həmin məntəqə sahibinə heç bir ziyanı yoxdur, amma əhaliyə faydası olacaq. Amma nağd pulun köçürülməsi ilə bağlı məsələyə baxılır, onun üzərində iş gedir”.

Deputat Siyavuş Novruzov dedi ki, bir ilə yaxındır valyutadəyişmə məntəqələrinin ləğvi ilə əlaqədar vətəndaşlarımızın qara bazarda aldadılması gündəmdə idi.Bir sual ortaya çxırdı, axı, bu var idi, təzədən velosiped kəşf etməyə ehtiyac yox idi. Burada minlərlə valyutadəyişmə məntəqəələri il ərzində dayandı, hər birində işlərən insanlar kənarda qaldı, “qara bazar”da isə pullar fırlandı. Bu məntəqələrin konkret yeri var idi, vətəndaşlar da bərpa prosesində həmin insanlara üstünlük verilməlidir, çünki onlar bu sahəni bilirlər. İndi bazar günü bir valyutadəyişmə məntəqəsi var, adamlar gedib onun qarşısında dayanır. Valyuta bazara çıxarılır, bu məntəqələr də çıxarır, onu vətəndaşa satır. Bu, valtyutadəyişmə məntəqəsidir, burada depozit tələb i nəyə lazımdır? Depozit bir, iki, üç min manat ola bilər. Böyük miqdarda valyutadəyişmə məntəqəsində depozit ola biməz. Onda göysatana da, almasatana da depozit qoyaq. Depozit bankda ola bilər”.

Deputat Əli Məsimli də depozit tələbini doğru saymadı: “Sual olunur, bu məntəqələri kim və niyə bağladı. İndi “qara bazar”dakı şəxsləri bu məntəqələrə qaytarmaq mümkün olacaqmı? Həmçinin bir məsələ də var: “qara bazar”da alışla satış arasındakı fərq insaflıdır, nəinki bankalarda”. Ə.Məsimli bu sektorda vəziyyəti sağlamlaşdırmağa çağırdı.

Spiker Oqtay Əsədov dedi ki, bütün məsələlər ölçülüb-bişilib: “Məqsəd də budur ki, 2 min valyutadəuşmə məntəqəsi olmasın, min dənə olsun, amma normal fəaliyyət göstərsin. Əvvəlki kimi hər daşın arxasında bir valyutadəyişmə məntəqəsi olmayacaq. O məntəqələrin çoxu başqa işlərlə də məşğul idi”.

Deputat Zahid Oruc dolların manata olan münasibətinin qısa müddətdə 1.92-dən 1.70-ə enməsinin səbəblərini soruşdu: “Adamda belə təsəvvür yaranlır ki, bu kurs kabinetdə müəyyənləşir. Biz dərman bazarına müdaxilə edə bilirik, etiraz edirik, ancaq belə çıxır ki, valyutanın kursunda belə sürətli sıçrayışlar normaldır”.

Deputat Yevda Abramov xatırlatdı ki, vaxtilə valyutadəyişlmə məntəqələrinin lığvini düzgün saymayanda bəzi həmkarları da ona qarşı çıxıb6 “Ancaq bu gün çox sevinirəm. Bu dəyişikliklərə görə sizə və cənab prezidentə minnətdarlıq edirəm. “Qara bazarı” öldürmək üçün atılan addımlar bizə xeyir vermədi, insanlar incidildi, vəsait itkiləri oldu. Niyə burada girov olmalıdır, bilmirəm. Məgər əvvəlki varianta qayıtmaq olmaz? 6 min insan buradan çörək yeyirdi. Qoy dəyişsinlər, dövlət büdcəsinə vergi ödəsinlər. Mən tənqid edəndə qərəzli sayırlar. “Sahil” qəsəbəsində valtyutadəyişmə məntəqsəində işləyən insanlar evlərində bu günün özündə də dollar dəyişirlər. Novxanıda belə insanlar qəza xidmət maşınlarında dollar dəyişirlər. Bunu elə valyutadəyişmə məntəqələrində dəyişmək olamzdım? Oyun oynadırlar, insanları fırladırlar. Əslində bizi, xalqı fırladırlar. Cənab prezident gecə-gündüz çalışır, amma məmurlar çətinliyə salırlar insdanları”.
Bundan sonra layihə qəbul edildi.


Musavat.com