BolgeXeber.Com » Siyasət » Makron seçkilərdə qələbə qazanıb

Makron seçkilərdə qələbə qazanıb

8-05-2017, 09:29
Oxunub: 2 693 Makron seçkilərdə qələbə qazanıb“En Marche!” (“İrəli!”) hərakatının lideri Emmanuel Makron Fransada prezident seçkilərinin ikinci turunda 66,06% səs toplayaraq qalib gəlib

Oxu.Az xəbər verir ki, Seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin də bu məlumatı təsdiqləyib.

Məlumata əsasən ümumlikdə, E.Makrona 20,7 milyon seçici səs verib.

Onun rəqibi “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 33, 94 % səs toplayıb.

Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb.

07.05.2017. 22.53

Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

İlkin nəticələrə əsasən “En Marche” Hərakatının lideri Emmanuel Makron 65,9% səslə öndədir. Onun rəqibi , “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 34,1% səs toplayıb.

Marin Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.