BolgeXeber.Com » Siyasət » Prezident Qələbə günü münasibətilə keçirilən mərasimdə iştirak edib

Prezident Qələbə günü münasibətilə keçirilən mərasimdə iştirak edib

9-05-2017, 11:09
Oxunub: 3 135 Prezident Qələbə günü münasibətilə keçirilən mərasimdə iştirak edibİkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib

APA-nın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.

Müharibə veteranları ilə görüşən prezident onlara Qələbə günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib.

Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

Mərasimdə dövlət və hökumət rəsmiləri iştirak ediblər.