BolgeXeber.Com » Media » Bu saytlara giriş Azərbaycanda qadağan olundu

Bu saytlara giriş Azərbaycanda qadağan olundu

12-05-2017, 17:42
Oxunub: 3 005 Bu saytlara giriş Azərbaycanda qadağan olunduBu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin “azadliq.info”, “azadliq.org”, “azərbaycansaati.com”, Meydan.tv saytlarının, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb

Bolgexeber.com-un APA-ya istinadən verdiyi məlumata görə, məhkəmə iddianı təmin edib və həmin saytların bloklanmasına qərar verilib.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzi qeyd olunan saytların bloklanması barədə mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib.