BolgeXeber.Com » Siyasət » Azərbaycan XİN ÜAK-ın ləğvi barədə qərara münasibət bildirdi - VİDEO

Azərbaycan XİN ÜAK-ın ləğvi barədə qərara münasibət bildirdi - VİDEO

17-05-2017, 09:17
Oxunub: 2 807 Azərbaycan XİN ÜAK-ın ləğvi barədə qərara münasibət bildirdi - VİDEOÜmumrusiya Azərbaycanlıları Konqresinin Rusiya Ədliyyə Nazirliyinin vəsatəti əsasında ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur

Rəsmi Bakının mövqeyini açıqlayan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib ki, bu təşkilat indiyədək iki ölkə arasında əlaqlərin genişlənməsində böyük rol oynayıb. Siyasi müstəvidə milli azlıqların qeyri-hökumət təşkilatlarına münasibətdə, Konqresə qarşı bu cür ayrı-seçkilik göstərilməsini qeyri-dost addım kimi qiymətləndirilir. Üstəlik bu qərar Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasına da kölgə salır.
Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin etiraz bəyanatında isə bildirilir ki, bu qərar iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir.
Dövlət Komitəsi diqqətə çatdırıb ki, məhkəmənin qərarına hörmətlə yanaşmağın zəruriliyini nəzərə alaraq, ÜAK Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalara müraciət edəcək və ədalətin bərpa olunmasına çalışacaq.
Ləğv qərarına Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri Fazil Qurbanov da münasibət bildirib.
O, təşkilatın ləğvi ilə bağlı bəyanatla çıxış edib. Fazil Qurbanov bildirib ki, Ədliyyə Nazirliyinin göstərdiyi nöqsanlar əsasən texniki xarakterlidir və regional komitələrin fəaliyyətində aşkarlanıb. Bunlar qurumun ləğvi üçün ciddi əsas hesab edilə bilməz.
Təşkilat məsələyə daha həssas yanaşılması üçün Rusiyanın siyasi rəhbərliyinə də müraciət edib.