BolgeXeber.Com » Media » Rusiyada erməni maqnatın telekanalı müflis oldu - MİLYONLARLA BORC

Rusiyada erməni maqnatın telekanalı müflis oldu - MİLYONLARLA BORC

19-05-2017, 16:20
Oxunub: 3 508 Rusiyada erməni maqnatın telekanalı müflis oldu - MİLYONLARLA BORCRusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun "News Media" holdinqinə məxsus "Jizn" qəzetinin və "Life" telekanalının müflisləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib

Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun "News Media" holdinqinə məxsus "Jizn" qəzetinin və "Life" telekanalının müflisləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib

APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, "Life" telekanalının vergi borcundan başqa, Krımda apardığı yayıma görə Rusiya televiziya və radio yayımı şəbəkəsinə borcu var. Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin müraciətini mayın 17-də qeydə alıb.

"News Media"nın baş direktoru Aram Qabrelyanov Federal Vergi Xidmətinin iddiasını texniki adlandıb. Bildirib ki, sahibi olduğu holdinq vergi ödənişlərini 2016-cı ildə lisenziyası ləğv olunmuş "Unifin" bankına köçürüb. Bundan başqa, telekanalın verilişləri Krım Federal Dairəsinin ərazisində yayımlandığı üçün holdinqin Rusiya televiziya və radio yayımı şəbəkəsinə 16,2 milyon rubl, Moskva və Moskvaətrafı ərazilərdə yayıma görə isə 3,5 milyon rubl borcu var.