BolgeXeber.Com » Şou-Biznes » Azərbaycanlı model: “Vəzifəli şəxslər pul müqabilində birgünlük məşuqə olmağımı istəyirlər”

Azərbaycanlı model: “Vəzifəli şəxslər pul müqabilində birgünlük məşuqə olmağımı istəyirlər”

20-05-2017, 10:18
Oxunub: 4 290 Azərbaycanlı model: “Vəzifəli şəxslər pul müqabilində birgünlük məşuqə olmağımı istəyirlər”"Rəsmən ailəliyəm, amma bu evlilik çoxdan bitib"

ATV-nin "Özünə bax” dəb layihəsi, "Miss Bikini of Baku” model müsabiqəsi və Türkiyənin "TV 8” telekanalının "Bu tarz benim” layihəsinin qalibi Merilin Rzayeva Yeniçağ.az-a müsahibə verib.

Bolgexeber.com xəbər verir ki, o, xoşagəlməz təkliflər aldığını və ölümlə hədələndiyini söyləyib.

"Vəzifəli şəxslər, iş adamları deyirlər ki, birgünlük məşuqəm ol. Əlbəttə ki, buna görə pul təklif edirlər. Mən təklifləri qəbul etmədiyim üçün həmin adamlar tərəfindən hədələnirəm. Qızım var, uşağıma görə çox qorxuram. Övladımla şantaj edirlər. Deyirlər, yoxsa səni də, qızını da öldürərik. Təhdidlərdən bezmişəm”, - deyə model vurğulayıb.

"Rəsmən ailəliyəm, amma bu evlilik çoxdan bitib. Yaxşı bir insan tərəfindən evlilik təklif gəlsə, ailə quracağam. Amma birgünlük sevgili olmaq mənə görə deyil. Evli kişilərlə münasibət qurmuram”, - deyə o, sözlərinə əlavə edib.
Merilin Rzayevanın müsahibəsini təqdim edirik.

– Niyə Merilin?

– Nənəm ukraynalıdır, ona görə də adımı Merilin qoyublar.

– Bildiyimiz qədər Türkiyədə də məşhur model yarışmasının qalibi olmusan, bəs nə əcəb qardaş ölkədə karyeranı davam etdirmədin?

– Türkiyədə “Bu tərz mənim” stil yarışmasında qalib seçildim, amma müəyyən səbəblər üzündən orda qalmadım. İndi də heç Azərbaycanda model kimi fəaliyyətimi davam etdirmirəm. Daha çox gəlinliklərlə bağlı layihələrdə iştirak edirəm. Rejissorlar məni aktrisa kimi sınamaq qərarına gəliblər. Bu yaxınlarda Milli qəhrəman “Mübariz İbrahimov haqqında çəkiləcək filmə dəvət almışam. Açıq-saçıq filmlərə çəkilməkdən imtina etmişəm.

– Niyə?

– Daha keyfiyyətli filmlərdə özümü sınamaq istəyirəm. Tarixi filmlərə çəkilmək istəyirəm. Kliplərə də dəvət alıram, amma çəkilmirəm. Göründüyü kimi deyiləm, xasiyyətcə utancağam.

– Amma geyimlərində bu, hiss olunmur…

– Hə, dekolte, qısa ətəklər geyinirəm, amma hərəkətlərimdə utancağam.

– Cazibədar xanımın ətrafında həmişə əks-cinsin nümayəndələri çox olur… Sevgi təklifləri alırsan?

– Hər gün belə təkliflər alıram, hətta hərdən bezirəm də. Sevgi təklifləri yox, xoşagəlməz təkliflər olur.

merlin2– Məsələn?

– Deyirlər, birgünlük məşuqəm ol. Əlbəttə ki, buna görə pul təklif edirlər.

– Kimlər?

– Vəzifəli şəxslər, iş adamları. Mən təklifləri qəbul etmədiyim üçün həmin adamlar tərəfindən hədələnirəm. Bu barədə istəmirəm danışım, çünki yenidən başlayacaqlar. Qızım var, uşağıma görə çox qorxuram.

– Hədələyib nə deyirlər ki?

– Övladımla şantaj edirlər. Deyirlər, yoxsa səni də, qızını da öldürərik.

– Qızının necə yaşı var?

– 10. Gəl, bu barədə danışmayaq, dəlinin yadına daş düşəcək. Təhdidlərdən bezmişəm.

– Həyat yoldaşından ayrılmısan?

– Rəsmən ailəliyəm, amma bu evlilik çoxdan bitib.

merlin3– İkinci dəfə ailə qurmağı düşünmürsən?

– Yaxşı bir insan tərəfindən təklif gəlsə, ailə quracam. Amma birgünlük sevgili olmaq mənə görə deyil. Evli kişilərlə münasibət qurmuram.

– Planlarını açıqlayardın.

– “Merilin” əyləncə mərkəzi açmaq fikrindəyəm.

Azərbaycanlı model: “Vəzifəli şəxslər pul müqabilində birgünlük məşuqə olmağımı istəyirlər”