BolgeXeber.Com » Dünya » Türkiyədə ən böyük mafiya başçısı tutuldu - "Necə tapdınız məni?" - VİDEO - FOTO

Türkiyədə ən böyük mafiya başçısı tutuldu - "Necə tapdınız məni?" - VİDEO - FOTO

20-05-2017, 12:30
Oxunub: 3 173 Türkiyədə ən böyük mafiya başçısı tutuldu - "Necə tapdınız məni?" - VİDEO - FOTOTürkiyədə son 25 ilə ərzində bir çox cinayət hadisəsində iştirak edib, 2005-ci ildə Sarallar çetesiyle girdiyi qarşıdurmada onlarla insanın edam əmrlərini verməkdə təqsirləndirilən Sedat Şahin haqda maraqlı detallat üzə çıxıb

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, dünən Beykozda bir bağ evində cəbhəxanası ilə birlikdə ələ keçən mütəşəkkil cinayət şəbəkəsinin lideri Sedat Şahinin rəqib cinayətkar dəstə - Sarallara qarşı törətdiyi növbəti əməlindən sonra Bolqarıstan vasitəsi ilə Macarıstana qaçmağı planlaşdırdığı ortaya çıxıb.

Mühafizəçisi Xalis Kocamanın adına olduğu təsbit edilən bağ evində uşağı və həyat yoldaşı ilə Şahinin bir vida görüşü üçün ünvana gəldiyi ortaya çıxıb.

İLK SÖZÜ "HƏR ŞEY BİTDİ" OLDU

Tutulan mafiya lideri Sedat Şahini həyat yoldaşı sayəsində tutmaq mümkün olub. Bir çox mütəşəkkil cinayət şəbəkəsinin yaxalanmasında tətbiq olunan taktika 6 aydır Şahinin yoldaşını yaxından izləyən mütəşəkkil cinayətlərlə mübarizə idarəsinin əməkaşlarının da işinə yarayıb. 17 may günü yoldaşının evdən uşağını da götürərək getdiyi Beykozdakı sözügedən bağ evində əri Sedatla vida görüşü zamanı polis əməliyyat keçirib. Polisə müqavimət göstərməyən və çaşqınlıq içərisində olduğu deyilən Şahinin polisə ilk sözü "Necə tapdınız məni?" olub. 6 saatlıq bir ev araşdırmasından sonra Şahinin gətirildiyi İstanbul Polis İdarəsindəki ilk sözünün isə "hər şey bitdi" olduğu ortaya çıxıb.

Evdə silahlar, 3 saxta xarici pasport və 3 şəxsiyyət vəsiqəsi ələ keçirilib. Hamısının üzərində Sedat Şahinin fotoları olan müxtəlif adlar müəyyən edilərək götürülüb.