İranın yeni prezidenti məlum oldu
20-05-2017, 11:45
Oxunub: 3 092
İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, ilkin nəticəyə görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir.
Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir.
Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.
İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq.
O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.
İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər