BolgeXeber.Com » Dünya » Venesuelada yüz minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib

Venesuelada yüz minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilib

21-05-2017, 09:17
Oxunub: 2 511 Venesuelada yüz minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilibVenesuelada yüz minlərlə insan küçələrə çıxaraq ölkə prezidenti Nikollas Madduroya etirazın 50-ci gününü qeyd ediblər

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.Xəbərdə bildirilir ki, ölkədə etirazların başlamasından bu günə kimi 46 nəfər öldürülüb. Hüquq-müdafiəçilərinin sözlərinə görə, aksiyaların gedişində ümumilikdə 2,6 min insan saxlanılıb. Onların üçdə bir hissəsi həbsxanadadır.
Müxalifətin çoxsaylı nümayişləri bütün ölkəboyu keçirilib. Karakasda nümayişçilər üzərinə "Venesuelada diktaturaya yox" sözləri yazılmış plakatlar qaldırıblar.
"Əlli gün və onlar 50 insanı öldürüblər. Əlli gündə həyata keçirilən yeni cəza tədbirlərinə baxmayaraq Venesuela uğrunda daha güclü müqavimət və daha güclü mübarizə olub" – deyə müxalifət lideri Enriki Kapriles bildirib.
Qeyd edək ki, bundan əvvəl Karakasda etirazlar zamanı yeniyetmə öldürülüb.