BolgeXeber.Com » İdman » "Real Madrid" futbol üzrə İspaniya çempionatının qalibi olub-VİDEO

"Real Madrid" futbol üzrə İspaniya çempionatının qalibi olub-VİDEO

22-05-2017, 10:38
Oxunub: 3 162 "Real Madrid" futbol üzrə İspaniya çempionatının qalibi olub-VİDEOİspaniya La Liqasında 2016/17 mövsümünə yekun vurulub

Qol.az-ın xəbərinə görə, son turda çempionun adına aydınlıq gəlib.

Lider “Real”ı “Malaqa”yla matçda 1 xal da qane edirdi. Lakin madridlilər gözlənildiyi kimi, səfərdəki bu görüşdə qalib gələrək tarixində 33-cü dəfə İspaniya çempionu olub. Əlavə edək ki, “Kral klubu” son olaraq 5 il əvvəl – 2011/12 mövsümündə La Liqada qızıl medal qazanmışdı.

Son turda çempionluq şansı az da olsa qalan “Barselona” isə öz meydanında “Eybar” qalib gəlib. Amma bu, “Real”ı çempionluğunun qarşısını ala bilməyib.

“Malaqa” – “Real” – 0:2
Qollar: Ronaldo, 2, Benzema, 55

“Barselona” – “Eybar” – 4:2
Qollar: Takaşi İnui, 7 (0:1), 61 (0:2), David Junka, 63-avtoqol. (1:2), Luis Suares, 73 (2:2), Messi, 75-pen. (3:2), Messi, 90 (4:2)

Reallaşdırılmayan penalti: Messi, 70

Beləliklə, “Real” La Liqanı 93 xalla 1-ci, “Barselona” 90 xalla 2-ci, “Atletiko” 78 xalla 3-cü pillədə tamamlayıb.
Turnir cədvəli


1. Real 38 29 6 3 106:41 93
2. Barselona 38 28 6 4 116:37 90
3. Atletiko 38 23 9 6 70:27 78
4. Sevilya 38 21 9 8 69:49 72
5. Vilyareal 38 19 10 9 56:33 67
6. Real Sosyedad 38 19 7 12 59:53 64
7. Atletik 38 19 6 13 53:43 63
8. Espanyol 38 15 11 12 49:50 56
9. Alaves 38 14 13 11 41:43 55
10. Eybar 38 15 9 14 56:51 54
11. Malaqa 38 12 10 16 49:55 46
12. Valensiya 38 13 7 18 56:65 46
13. Selta Viqo 38 13 6 19 53:69 45
14. Las Palmas 38 10 9 19 53:74 39
15. Betis 38 10 9 19 41:64 39
16. Deportivo 38 8 12 18 43:61 36
17. Leqanes 38 8 11 19 36:55 35
18. Sportinq 38 7 10 21 42:72 31
19. Osasuna 38 4 10 24 40:94 22
20. Qranada 38 4 8 26 30:82 20