BolgeXeber.Com » Dünya » Polis: Mançesterdə konsertdə partlayış zamanı 19 nəfər ölüb, 50 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Polis: Mançesterdə konsertdə partlayış zamanı 19 nəfər ölüb, 50 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

23-05-2017, 09:49
Oxunub: 3 184 Polis: Mançesterdə konsertdə partlayış zamanı 19 nəfər ölüb, 50 nəfər yaralanıb - VİDEO - YENİLƏNİBPolisin apardığı dəqiqləşdirməyə görə, insident zamanı 19 nəfər ölüb, təqribən 50 nəfər yaralanıb
***
İngiltərənin Mançester şəhərində törədilən terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.

Hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.

İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

“Partlayışın terrorçu-kamikadzenin tərəfindən törədildiyi ehtimal olunur”, məlumatda deyilir.

İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Qeyd edək ki, İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb. İnsident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konsertində qeydə alınıb.
***

Polis digər fərziyyələr ortaya çıxana qədər hadisəni terror aktı kimi nəzərdən keçirir. Mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.Hadisə şahidlərinin sözlərinə görə, partlayış səsləri amerikalı müğənni Ariana Qrande son mahnısını bitirərək səhnəni tərk etdikdən sonra eşidilib. Bu zaman işıqlar sönüb, insanlar təşviş içərisində çıxışa doğru qaçmağa başlayıblar. Hadisə yerinə polis və "təcili yardım" avtomobilləri cəlb olunub.
Stadionun yaxınlığında yerləşən "Viktoriya" dəmiryolu vağzalı bağlanıb. Terminal qatarları nə qəbul edir, nə də göndərir.
"NBC News" telekanalının məlumatına görə, stadionda partlayış zamanı ən azı 20 nəfər ölüb, 100 nəfər xəsarət alıb.